Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:25

Təkcə cümə günü Suriyada 146 adam öldürülüb


Şənbə günü Suriyada ölümlə nəticələnən yeni toqquşmalar olub.

Hüquq müdafiəçiləri Dəməşq, Hələb və Deraa şəhərləri, habelə ölkənin şərqində toqquşmalar olduğunu xəbər verirlər.

Hökumət və müxalifət qüvvələri Qurban bayramına görə 4 günlük atəşkəs elan etsələr də təkcə cümə günü ölkədə 146 adam ölüb.

Bu barədə Qərb agentlikləri xəbər verirlər.

Hüquq müdafiəçiləri atəşkəsin baş tutmadığını deyirlər. 1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etiraz və toqquşmalar gedir.

Bu müdət ərzində 30 mindən çox adamın öldüyü bildirilir.
XS
SM
MD
LG