Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Belarus müxalifətinin liderlərindən biri Britaniyadan siyasi sığınacaq alıb


Belarus müxalifətinin lidelərindən biri , prezidentliyə keçmiş namizəd Andrey Sannikov Böyük Britaniyadan siyasi sığınacaq alıb.

Bu barədə Azadlıq Radiosunun belarus xidməti Sannikovun həıyat yoldaşı, jurnalist İrina Khalipə istinadla xəbər verir.

Həmçinin Sannikovun Londonda yaşayan bacısı İrina Boqdanova qardaşının hazırda onlarda olduğunu deyib.

Andrey Sannikov 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra bir sıra müxalifət liderləri ilə birlikdə həbs edilmişdi.

Amma bir qədər sonra prezident Aleksandr Lukaşenkonun fərmanı ilə əfv olundu.
XS
SM
MD
LG