Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:13

ORXAN FİKRƏTOĞLU. AXRESTOMATİK ƏHVALAT


-

AXRESTOMATİK ƏHVALAT


Qərib adam kəndi itindən bilər. Qərib işığı neynir? Kəndlərin hamısı itlərinin səsi içindədir. It səsi kəndin sərhəddidir.

Uşaq da qərib idi, altı yaşı vardı. Hələ əyilib yerdən daş qötürməmişdi. Qulağına pıçıldamışdılar ki, "yumruğunu bərk düy, ovcunda söz var, sən bu sözü dağın o tayındakı ustaya çatdırmaq üçün doğulmusan. Mənanı o bilir, sənə də deyəcək!"
Uşaq böyük kimi idi, oyun oynamazdı. Dili söz, qözü köz tutandan, dağı aşıb ustanın hüzuruna getməkdən ötrü atasından izn istəyirdi. Atası, ağzından süd iyi gələn uşağın bu istəyini üşağlığa yozsa da, oğlunun bu qəribə inadı onu qorxudurdu. Inadı uşaqdan böyük idi... .

Bir gün atası uşagın qolundan tutub qaranlığın "üstünə" atdı. Yerə yıxılmış uşaq bircə anlıq karıxıb bilmədi nəyləsin. Atasının üzünə bağlaqığı qapının qarşısında durub, səhərin açılmasını gözləsin, ya sözü ustaya çatdırsın?

Uşaq əyilib yerdən bir daş götürdü. Dünyanın bütün itləri qərib uşağı tanıyıb hürüşdülər. Uşaq dünyanı bu başından o başına qədər süzdü. Və anladı ki, qürbətdədir.
Demişdilər ki, dağ cığırının axırındakı zirvəni aşan kimi altı koma görünəcək. Sağdan birincisi ustanındır. Ona pıçıldanan tapşırığın vacibliyinə inamı olmasaydı, çoxdan geri qayıdardı.

O, anlayırdı ki, bütün ömrünü yolda yaşasa da, atdığı addım böyük sirrin açılmasından ötrüdür.

Ona pıçıldanan sirrin mənasını bilməkdən ötrü zirvəyə qalxmağına dəyər. O, az yaşayıb, çox getmişdi. Yaşı il- il deyil, gədik- gədik ölçülürdü. Hirssiz və hissiz idi. Ona tanış olan yeganə hiss "qovulmuşluq" idi. Yollarda qocaldıqca bu hiss onu çox göynədirdi. Bilirdi ki, atası son gəcə onu qorxutmaq üçün çölə atmışdı. Elə bilmişdi ki, dağa qalxmaz, qorxar, evə qayıdar və bir daha ustanın adını çəkməz. Atası uşağın istinad nöqtəsi idi. Uşaq o nöqtəyə təkan verib dağa qalxmağa özündə cürət tapmışdı. Bilirdi ki, atası onu, o atasını istədiyindən dəfələrlə çox istəyir. Bilirdi ki, o atası üçün itkidir. Atası onu us-tanın yanına da sevdiyindən buraxmırdı. Ona isə elə gəlirdi ki, atası böyük sirrin açılmasını istəmir. Onların sonuncu mübahisəsi uşağın yadından çıxmırdı. O gecə atasına yaxınlaşıb, -"öləcəyini bilə-bilə insan bu qədər artırsa, demək bu oyunda o, Allahla əlbirdir?- soruşmuşdu. Atası bu suala - "Artım insanın öz əlində deyil"- cavabını vermişdi.

Onda uşaq, bu cavabdan gülümsüyüb;- "sən çox adisən, ata"- demişdi. -Icazə ver səndən yuxarıdakı mənanın sirrini ustadan öyrənim!"

Atası təəccüblə : - "Axı sən, hansı sirdən danışırsan -soruşmuşdu. - "Ovcumdakı sirrdən"

Atası hirsindən ağlamsınıb:- Aç ovcunu"- demişdi- "əgər mən orda nəsə görsəm, özüm səninlə ustanın yanınma qalxacam qalxacam!"

Onda uşaq:- "Yox!- qışqırmışdı. - Qulağıma pıçıldanıb ki, sirrin mənasını ancaq usta mənə deməlidir".

Bu sözlərdən sonra atası hirslənib: "O sən, o da sənin sirrin, get!- deyib qapını uşağın üzünə çırpmışdı.

Uşaq zirvəyə çatanda yüz yaşını adlamış, bükük, atasından çox böyük ahıldı. Ya zirvə çox uzaqdaydı, ya uşaq tez qocalmışdı. Amma, indi bunun elə bir əhəmiyyəti yox idi. Deyəsən uşaq yol kimi ömrünün də axırına "çıxmışdı". Ustanın koması da, özü də deyilən yerdə idi.

Uzü də, haləsi də təsəvvür edilən kimi idi. Uşaq ustaya yaxınlaşıb ovcunu açmaq istədi ki, sözü ona çatdırsın. Amma nə illah elədisə düyülmüş yumruğu açılmadı. Barmaqları bu yüz ildə ovcunun içinə kök altmışdı. Əlinin üstündə kökü barmaqları olan beş ağac bitmişdi. Uşaq nə qədər əlləşdi ovcunu aça bilmədi ki, məqsədini bayaqdan bəri qəribə bir maraqla onu izləyən ustaya anlatsın. Nəhayətdə yumruğunu yuxarı qaqldırıb ustanın qapısında durdu. Ovcundakı sirrin yumruğ kimi düyülməsindən peşman olub, ustadan utana- utana qözlərini torpağa dikdi...

Usta gülümsüyüb: - " Məni döyməyə gəlmisən?- soruşdu.

Uşaq:- "Xeyir- dedi- ... ovcumda sənə çatacaq söz vardı. Mənasını sən açmalıydın!"
Usta:- Söz mənanı qanmayanların ünsiyyəti üçün düşünülüb. Mən söz bilmərəm. Aç ovcunu, görüm səni Kim aldadıb?

Uşaq başını aşağı salıb: - "ovcum açılmır" - demək istədi. Amma demədi. Çünki ustanın bircə baxışından onun ovcu açılmışdı.

Və uşağın ovcu boş idi.

Usta:- "Söz hanı?"- soruşdu.

" Söz hanı deyə?- deyə soruşulanı uşaq ağlamsına- ağlam-sına ustadan soruşdu. Usta dinmədi. Qolundan tutub uşağı komasına tərəf apardı. Kandarda usta, yaşına uyuşmayan bir cəldliklə uşağı qapıdan içəri itələdi. Ozü çöldə qalıb hirslə qapını çırpdı...
O taydan:- "Bu səhnə sənə tanışdı?" - soruşdu. Uşaq bircə anda bütün ömrünü ğözü qarşısından keçirib:- " Məni bağışla, ata"- dedi. Sən haqlı idin! O, səs məni çaşdırdı!" Usta o üzdən- sən başqa cür yaşamalıydın" deyib zirvəyə doğru getdi.

Uşaq ustanın uzaqlaşmasından qorxub:- "Omür elə buy-du?"- soruşdu.

Ustadan səs çıxmadı. Qapı da açılmadı. Komanın çarpaz taxtaları arasından sonu görünməyən zirvənin tuşundakı buludlardan da yuxarı olan dibsiz boşluqlara baxa- baxa uşaq düşündü ki:- bəs o vaxt bu ömrü mənim qulağıma qörəsən kim pıçıldamışdı?

BAKI, Yanvar, 2007- ci il

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG