Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 01:57

Partlayışda ölənlərin sayı 37-ə çatıb

Bu gün Əfqanıstanın Maymana şəhərindəki məsciddə törədilən partlayışda ölənlərin sayı 37-ə çatıb. 40-dan çox yaralı var.

Partlayışı intiharçı törədib.

Polisin məlumatına görə, ölənlərdən 15-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, qalanları isə dinc sakinlərdir.

Terror aktı dini ayin zaman həyata keçirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
This item is part of
XS
SM
MD
LG