Keçid linkləri

2025, 25 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:13

Məsciddəki partlayışda azı 32 adam ölüb


Bu gün Əfqanıstanın şimalındakı Maymana şəhərində məsciddə baş verən partlayışda azı 32 adam ölüb. Partlayışı intiharçı törədib.

Polisin məlumatına görə, ölənlərdən 17-si dinc sakin, 15-i təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.

Terror aktı dini ayin zaman həyata keçirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
XS
SM
MD
LG