Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:54

Suriyada dörd günlük atəşkəsdir


Bu gündən Suriyada Qurban bayramı ilə bağlı atəşkəs elan olunub.

Atəşkəs dörd gün davam edəcək. Suriya ordusu atəşkəsin tətbiq olunması ilə bağlı məlumatı dünən axşam yayıb. Məlumatda bildirilir ki, səhər saat 08.00-dan başlayaraq bayram günlərində hərbi əməliyyatlar dayandırılacaq.

Həm ordu, həm də üsyançılar hər hansı hücuma cavab verəcəklərini də bildiriblər.
BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lakhdar Brahiminin çağırışı ilə baş tutan atəşkəsə şübhə ilə yanaşanlar da var.

Lakhdar Brahimi demişdi ki, əgər Qurban bayramı günlərində atəşkəs əldə olunsa, bundan sonra daha uzunmüddətli atəşkəs haqqında danışıqlara başlanıla bilər.
XS
SM
MD
LG