ABŞ ordusundan verilən məlumata görə Əfqanıstanda yerli polisin formasını geyinmiş bir nəfər Uzurgan əyalətində atəş açaraq iki ABŞ əsgərini öldürüb. Məlumat oktyabrın 25-də yayılıb və hələlik hücum edənin Əfqanıstan polisinin zabiti, yoxsa, terrorçu olduğu məlum deyil.
Britaniya ordusu da oktyabrın 24-də Helmand əyalətində iki əsgərinin həlak olduğunu bildirib. Bu hadisə barədə rəsmi məlumat yoxdur, amma qeyri-rəsmi xəbərlərə görə Britaniya əsgərləri səhvən bir-birinə atəş açıblar.
Bu gün Əfqanıstanın şimal-qərbində Faryab əyalətində baş vermiş toqquşmada isə 25 Taliban yaraqlısı, 5 də yerli polis əməkdaşı öldürülüb.
Faryab qubernatoru bildirir ki, Taliban yerli bazarı iki saat əlində saxlayıb, bundan sonra təhlükəsizlik qüvvələri onları bazardan şıxarıblar.
İlkin məlumata görə döyüşdə özünü Faryabın qubernatoru elan etmiş Talibançı Yaar Muhammad da öldürülənlər arasındadır.
Döyüşdən yerli sakinlər arasında da tələfat olub. Amma onların sayı hələlik dəqiqləşdirilir.