Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Türkmənistan Qazaxıstan polisini həbs edib



Qazaxıstan rəsmiləri oktyabrın 25-də bildiriblər ki, Türkmənistanın sərhəd xidməti 7 Qazaxıstan vətəndaşını həbs edib. Həbs edilənlərdən 4-ü Qazaxıstanın imiqrasiya polisinin zabitləridir.

Qazaxıstan saxlanan vətəndaşlarının keçən həftə Türkmənistanla sərhədə iş dalınca getdiklərini, amma orada yolu azı qonşu ölkəyə keçdiklərini bildirir. İndi Türkmənistan hakimiyyəti onları sərhədi qanunsuz keçməkdə və silah qaçaqçılığında ittiham edir.

Hələlik Türkmənistan tərəfdən bu hadisə barədə rəsmi məlumat verilməyib.
XS
SM
MD
LG