Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

Duma dövlətə xəyanət anlayışını genişləndirən qanun qəbul edib


Rusiya Duması
Rusiya Duması
-

Rusiya Duması dövlətə xəyanət anlayışını genişləndirən yeni qanun layihəsini demək olar ki, yekdilliklə qəbul edib. Kremlin müxalif düşünənləri əzmək üçün istifadə edəcəyi bildirilən bu qanun layihəsinin əleyhinə cəmi 2 deputat səs verib. 375 deputat isə qanun layihəsinin lehinə səs verib.

Qüvvədə olan hazırkı qanunvericiliyə görə, casusluq etmək, yaxud xarici dövlətə hər hansı başqa şəkildə kömək göstərmək yolu ilə Rusiyanın xarici təhlükəsizliyinə xələl gətirmək dövlətə xəyanət sayılır.

Yeni qanun layihəsi isə dövlətə xəyanət anlayışını bir qədər də genişləndirib. «Rusiyanın Konstitusiya quruluşuna, suverenliyinə, ərazi və dövlət bütövlüyünə qarşı yönəlmiş hərəkətləri» də bura aid edib.

Qanun layihəsinə görə, dövlət sirrini qanunsuz əldə etməyə görə 8 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Yeni qanun layihəsini Rusiyanın Federal Təhlükəsizlik Bürosu hazırlayıb. Bu qanun layihəsinə görə, xarici dövlətə və ya beynəlxalq təşkilata maliyyə və texniki kömək, yaxud məsləhət və ya başqa xarakterli kömək göstərmək də dövlətə xəyanət sayılacaq.

Dövlət sirlərindən faydalana biləcək qurumlar kimi xarici ölkələrin hökumətləri və təşkilatları göstərilir. Yeni layihə bu siyahıya dövlətlərarası təşkilatları da əlavə edir. Bu ayın əvvəlində Moskva Vaşinqtonu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAİD) istifadə etməklə Rusiyanın daxili siyasətinə qarışmaqda və seçkilərə təsir etməkdə günahlandırıb. Bundan sonra Beynəlxalq İnkişaf Agentliyinin Rusiyadakı fəaliyyətini dayandırıb.

Vladimir Putin
Vladimir Putin
Müxalifətçi Ədalətli Rusiya Partiyası yeni qanun layihəsindəki dəyişikliklərə qarşı olduğunu bildirib. Partiya bildirib ki, dövlətə xəyanət anlayışının geniş təsviri o deməkdir ki, hər hansı xarici ilə hər hansı əlaqəsi olan istənilən Rusiya vətəndaşı dövlətə xəyanətdə ittiham oluna bilər. Prezident Vladimir Putinin təyin etdiyi Rusiya ombudsmanı Vladimir Lukin də qanun layihəsinə qarşı çıxıb. O, dövlətə xəyanət anlayışının bu qədər genişləndirilməsinin Rusiya Konstitusiyasına və beynəlxalq hüquqa ziddi olduğunu bildirib.

Rusiyada hüquq müdafiə təşkilatı olan Aqora təşkilatının rəhbəri Pavel Chikov deyib ki, indi rusların beynəlxalq qurumlara göndərdiyi şikayətlər də dövlətə xəyanət sayıla bilər:

«Məsələn, BMT-nin insan hüquqları komissiyasına, ya da Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət indi böyük ehtimalla dövlətə xəyanət sayıla bilər. Çünki bu qurumlarda olan məlumatları Federal Təhlükəsizlik Bürosu Rusiyanın milli təhlükəsizliyinə təhdid kim qəbul edə bilər».

Dumada bu gün qəbul edilmiş qanun layihəsi böyük ehtimalla parlamentin yuxarı palatasında da qəbul ediləcək. Sonra imzalanmaq üçün prezident Vladimir Putinə təqdim olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG