Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:47
-

Oktyabrın 23-də Moskvada azərbaycanlı və erməni icmalarının görüşü keçirilib. Tədbirdə tanınmış erməni mənşəli sovet-rus aktyoru Armen Dzigarkhanyan (Armen Ciqarxanyan) da iştirak edib.

«Gizlətməyəcəyəm, bizim oturub bu cür məsələləri müzakirə etməyimiz mənə qəribə gəlir. Biz qonşuyuq. Ən böyük konflikt «Ararat»la «Neftçi» oynayanda olurdu. Sadəcə, düşmənçilik yaratmaq istəyənlər var».- deyə aktyor bildirib.

O, Yerevan Dram Teatrının Bakıya, Zeynəb Xanlarovanın isə Ermənistan paytaxtına qastrollarından danışıb. «Bu qastrollar bayram idi. Demək buna ehtiyacımız var idi».

Aktyor münaqişənin həllində kilsə və məscidlərin rolundan da danışıb:

«Bir-birimizi sevməliyik. O zaman problem də həll olunacaq. Allaha yalvaracağam ki, bizim ən böyük münaqişəmiz futbol qarşıdurmasından uzağa getməsin» deyə Ciqarxanyan çıxışını bitirib.

İcmaların görüşü haqda daha ətraflı BURDA oxu

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG