Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:58

Qəzzada üç fələstinli öldürülüb


Dünən axşam İsrail ordusu Qəzzanın cənubundakı Beyt Laheya bölgəsinə hava zərbələri endirib. Üş fələstinli ölüb, üçü yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

İsrail bildirib ki, dünən səhər Qəzza sərhədində İsrail hərbçilərinə hücum olub. Bir əsgər ağır yaralanıb. Buna cavab olaraq Həmasın hərbi qanadına aid ərazi hədəf alınıb.

Bu gərginlik Qətər əmiri Şeyx Khalifa al-Saninin Qəzzaya səfəri vaxtına təsadüf edib. 1967-ci ildən bu yana ilk dəfədir Qəzzaya ərəb dövləti lideri gəlir.

Qətər əmiri Qəzzaya Misirdən helikopterlə keçib. Fələstin hökumətinin baş naziri İsmail Haniyeh onu rəsmi mərasimlə qarşılayıb.

İsrail Xarici İşlər Nazirliyi Qətər əmirinin bu səfərindən narazı qalıb.
XS
SM
MD
LG