Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

Rusiya Türkiyədən cavab gözləyir


Rusiya Moskvadan Dəməşqə gedən və Ankarada enməyə məcbur edilən təyyarədən hərbi sursat tapılmaması ilə bağlı Türkiyənin açıqlamasını gözləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Rossiyskaya Gazeta qəzetinə müsahibəsində bildirib ki, biz Türkiyənin yoxlama üçün enməyə məcbur etdiyi təyyarədə özümüz yoxlama aparmışdıq. “Həmin yükün qanuni texniki avadanlıqlar olduğunu bildirmişdik. Biz Türkiyənin təyyarəni endirmək hüququnun olub-olmamasını müzakirə etmirik. Müstəqil bir dövlət hava ərazisindən istifadə edən mülki təyyarəni yoxlamaq üçün endirə bilər. Ancaq hadisənin üstündən bu qədər vaxt keçib. Türkiyə hələ də yükün silah olmadığını bildirməyib”.

Lavrov deyib ki, buna görə də Ankaranın açıqlamasını gözləyirlər.

Oktyabrın 10-da Türkiyə Moskvadan Dəməşqə gedən Suriyaya məxsus mülki təyyarəni Ankarada məcburi yerə endirmişdi. Təyyarədə keçirilən axtarış zamanı bəzi materiallar yoxlama üçün götürülmüşdü.
XS
SM
MD
LG