Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Seçki kampaniyasında respublikaçılar demokratlardan daha çox pul xərcləyir


ABŞ-da prezident seçkilərinə iki həftə qalır. Üçüncü və sonuncu teledebatdan sonra prezident Barack Obama ilə respublikaçıların lideri Mitt Romney seçki kampaniyası üçün ayrı-ayrı ştatlara gedib. Obama seçki kampaniyasına Florida və Ohayoda, Romney isə Nevada və Koloradoda davam edir.

Obamanın 3,5 milyon nüsxə seçki broşürları paylanılıb. İkinci prezidentlik dövründə nələr edəcəyi ilə bağlı Obamanın 60 saniyəlik seçki reklamı isə daha çox seçicilərin tərəddüdlü olduqları 9 ştatda yayımlanacaq. Respublikaçılar isə Mitt Romneyin Yaxın Şərq siyasəti ilə bağlı Obamanı ittiham edən yeni bir televiziya reklamı yayımlayır.

Mütəxəssislər namizədləri dəstəkləyən şəxslərin və təşkilatların reklam kampaniyaları üçün ümumilikdə 950 milyon dollar xərclədiyini bildirir.

Associated Press agentliyinin xəbərinə görə, Mitt Romney və respublikaçılar seçki kampaniyası üçün demokratlardan 100 milyon dollar daha çox xərcləyib.

ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
XS
SM
MD
LG