Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:40

İran neft ixracını tam dayandırmaqla hədələyir


Əgər Qərb İrana qarşı yeni sanksiyalar qəbul etsə, onda Tehran neft ixracını tamamilə dayandıracaq. İranın Neft naziri Rostam Qasemi oktyabrın 23-də Dubayda enerji konfransında jurnalistlərə belə deyib.

Qasemi bildirib ki, bazarda İran neftinin olmamağı qiymətlərin dramatik səviyyəyə qalxmasına səbəb olacaq.

İyul ayından Qərb dövlətləri İrandan neft idxalını dayandırıb, Asiya müştərilərinə satışlar da 10-30 faiz arasında azalıb.

Qərb dövlətləri İranı mübahisəli nüvə proqramından çəkindirmək üçün sanksiyaları genişləndirdiyi bir vaxt, İran nüvə proqramından vaz keçməyəcəyini bildirir.
XS
SM
MD
LG