Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 20:33

Əlisəmid Kür. Tüstülü şeir

-





Qəzetdə çap edilmiş
Sevgi şeirlərimi
Göndərəcəkdim sənə.
Nə düşündüm, bilmirəm.
Cibimdə qalan son tütünü
Kəsdiyin qəzet kağızına bükdüm.
Sonra
Gözüm yaşara-yaşara
Tütünlə alışan
Şeirlərimi tüstüsünü
Çəkdim sinəmə...

1984
XS
SM
MD
LG