Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 12:03

Qazprom nəhəng qaz yatağından hasilata başlayıb


Rusiyanın Qazprom şirkəti oktyabrın 23-də Yamal-Nenets regionundakı Bovanenkovskoye yatağından qaz hasilatına başlandığını élan edib. Hasilata başlanması ilə bağlı keçirilən mrəasimdə şirkətin rəhbəri Aleksei Miller də iştirak edib.
 
Miller bildirib ki, 2013-cü ildən yataqdan ildə 46 milyard kubmetr qaz hasil etmək mümkün olacaq, 2017-ci ildən isə hasilat ildə 115 milyard kubmetrə çıxacaq.
 
Müqayisə üçün Almaniyanın illik qaz istehlakı 100 milyard kubmetrdir.
 
Yataqda 5 trilyon kubmetr qaz ehtiyatı var.
XS
SM
MD
LG