2026, 10 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

İlham ƏLiyev Qurban bayramı münasibətilə təbrik yayıb

Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İlham Əliyev təbrikində deyir ki, “ Qurban bayramı islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər”.

Azərbaycanda Qurban bayramı oktyabrın 26-ı qeyd ediləcək.
XS
SM
MD
LG