Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Sağlam gənclik kimdir?- [Video]


-

Oktyabrın 23-də «İşdən sonra» proqramında Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı və İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bəyənatını müzakirə ediblər:
Səxavət Soltanlı:

«Sağlam gənclik bu gün Azərbaycanda faktiki baş verən haqsızlıqlara, qanunların ayaqaltına atılmasına və dövlətimizin gələcək xoşbəxtliyi naminə mübarizə aparan, çalışan, bu istiqamətdə heç bir təmənna güdmədən fəaliyyət göstərən gənclikdir və bu gənclik də Azərbaycanda günü-gündən artır. Bu gəncliyin mübarizəsi nəticəsində Azərbaycanı xoşbəxt gələcəyə aparıb çıxara biləcəyik».
Fərid Şahbazlı:

«Azərbaycan müxalifətinin son 20 ildə ən böyük uğuru ondan ibarətdir ki, bir qrup gəncdən siyasi kamikadze hazırlaya bilib. Və bu siyasi kamikadzelər bütün təhsillərini, həyatlarını, qazana biləcəyi uğurlarını, dövlətə verəcəyi xeyirlərini kənara qoyub, ancaq hansısa şəxslərin hakimiyyətə gəlməsi üçün mübarizə aparırlar. Hakimiyyətə müxalifətçiliklə, dövlətə müxalifətçiliyi səhv salıblar. Bu mənada mən Əli müəllimin bu bəyanatını alqışlayıram. Azərbaycanın mütərəqqi gəncliyi həqiqətən də bu istiqamətdə çalışmalarını davam etdirməlidir».
Gənclərin fikirləri ilə tanış olmaq istəyirsinizsə verilişi tam olaraq izləyin:

XS
SM
MD
LG