Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:23

Gəncədə hemodializ qəbul edən xəstələrin sayı 78-ə çatıb


-

Bu barədə Gəncə şəhər Təcili Tibbi Təxirəsalınmaz Yardım Xəstəxanasının Hemodializ şöbəsindən məlumat verilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xəstələrin sayı 20 nəfər artıb.

Belə ki, ötən ilin sonadək xəstəxananın şöbəsində cəmi 58 xəstə qeydiyyatda olsa da, bu il xəstələrin sayı 78-ə çatıb.

Şöbədən onu da bildiriblər ki, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin yaşı cavanlaşır və xəstəxanada dializ aparatına qoşulan xəstələrdən biri 12 yaşındadır.

Dializi böyrək çatışmazlığı olan xəstələr qəbul edirlər.

Hemodializ qan təmizləmə deməkdir. Bədəndə olan əlavə maddələr qandan təmizlənir.

Kəskin böyrək çatışmazlığı 4 mərhələ üzrə özünü büruzə verir ki, ən son mərhələ terminal, yəni dializə qoşulma mərhələsidir.
XS
SM
MD
LG