Azərbaycandakı işgüzarlıq mühiti dünyada 67-cidir.
Dünya Bankı və İFC-in (Beynəlxalq Maliyyə Korporasiyası) hazırladığı illik hesabatda birincilik Sinqapura verilib. Kiçik və orta biznesi tənzimləyən qaydaların nə dərəcədə effektiv, işgüzarlığa açıq olduğunu ifadə edən “Doing Business” əmsalını hesablayanlar 7 ildir dalbadal Sinqapuru qalib elan edirlər. Gürcüstanın (9) ilk onluğa daxil olması diqqəti çəkir.
67-ci yeri tutan Azərbaycan Şərqi Avropadan Rusiya (112), Moldova (83), Ukrayna (137) və Serbia (86) kimi ölkələri qabaqlasa da, siyahıda Ermənistan (32), Belarus (49) və Qazaxstandan (58) sonra yerləşdirilib.
Biznesyönlü ölkələrin ilk 10-luğu belədir: Sinqapuq, Honq Konq, Çin, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Cənubi Koreya; Gürcüstan və Avstraliya.
Hesabat haqqında daha ətraflı məlumatlar, Azərbaycan rəsmilərinin reaksiyası, ekspertlərin rəyi, şərhlər və rəylər gün ərzində saytımızda yerləşdiriləcək. Saat 17-də AzadliqRadiosunun “Işdən Sonra” proqramında canlı debat formasında müzakirə olunacaq.
Sən də qoşul. Necə bilirsən, Azərbaycanda orta və kiçik bizneslə məşğul olmaq nə qədər asandır?