Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

Hüquq müdafiəçiləri İlham Əliyevə müraicət edib


İlham Əliyev
İlham Əliyev
-

Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu prezident İlham Əliyevə müraciət edib.

Hüquq müdafiəçiləri 20 oktyabrda Bakıda keçirilən aksiya zamanı inzibati qaydada həbs edilmiş şəxslərin Qurban Bayramı ərəfəsində azadlığa buraxılmasını İlham Əliyevdən xahiş ediblər.

Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı və Beynəlxalq İnsan Hüquqları Müdafiə Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı imzalayıb.

Bakıda oktyabrın 20-də keçirilən etiraz aksiyası zamanı 12 nəfər həbs olunub. Müsavat partiyasının sədr müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, saxlananlar barəsində 7, 8 və ya 10 sutkalıq həbs cəzası verilib. Onlardan 4-ü Müsavat, 6-sı AXCP, 2-si isə müstəqil gənclər təşkilatlarıının fəallarıdır.

Müxtəlif gənclər təşkilatları oltyabrın 20-da Bakının Fəvvarələr Meydanında "Parlament buraxılsın" tələbi ilə aksiya keçirib.
XS
SM
MD
LG