Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:05

«Azadlıq» qəzeti yenidən 30 min manat cərimə edildi


Azadlıq qəzeti
Azadlıq qəzeti
Oktyabrın 22-də «Azadlıq» qəzeti növbəti dəfə 30 min manat, qəzetin əməkdaşı Ramin Deko isə 2 min manat cərimə olunub.

Bu barədə vəkil Fariz Namazlı AzadlıqRadiosuna məlumat verib. Bildirib ki, Yasamal rayon məhkəməsi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın «Azadlıq» qəzeti və Ramin Dekoya qarşı qaldırılmış iddiasını qismən təmin edib. Məhkəmə qəzetin təkzib verməsini, dəyən mənəvi zərərə görə «Azadlıq» qəzetindən 30 min, qəzetin əməkdaşından isə 2 min manat pul əvəzinin tutulmasını qərara alıb.

Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova «Azadlıq» qəzetini Ramin Dekonun müəllifi olduğu yazıya görə məhkəməyə verib. Yazıda Azərbaycanda keçirilən «Eurovison-2012» musiqi yarışmasına görə, Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığılmasından bəhs edilib.

Binə Ticarət Mərkəzinin sahibi ilk iddiada qəzet və jurnalistdən ümumilikdə 100 min manat tələb edib.

Bundan əvvəl isə 2012-ci ilin iyununda «Azadlıq» qəzeti Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədovun iddiası əsasında 30 min manat, Ramin Deko isə mayda millət vəkili Novruzəli Aslanovun iddiası əsasında 3 min manat cərimələnib.
XS
SM
MD
LG