Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 17:24

Bakıda «Formula-1» yarışları keçiriləcək

Arxiv foto
Arxiv foto
GT3 yarışına Avropadan dəvət olunmuş 10 komanda qatılacaq.

Oktyabrın 26-28-də Bakıda GT3 və klassik «Formula – 1» yarışları keçiriləcək. Bakının «Azadlıq» meydanının qarşısından start götürəcək yarış Neftçilər prospektinədək (2,1 kilometr) davam edəcək.

«City Challenge» layihəsi çərçivəsində təşkil olunacaq GT3 yarışında Avropadan dəvət olunmuş 10 komanda iştirak edəcək. Komandaların hər biri 2 yarış maşını ilə yarışa qatılacaq. Turnirdə «Porsche», «Lamborghini» kimi tanınmış avtomobil markaları yarışacaq.

İki gün davam edəcək yarışdan əlavə klassik «Formula – 1» maşınlarının şousu da nümayiş etdiriləcək. Yarış günləri Dənizkənarı Milli Parkda müxtəlif şoular və konsert proqramları təşkil olunacaq.

Turniri dünyanın 65 televiziya kanalı yayımlayacaqdır. Bu yarışları 130 milyon tamaşaçı izləyəcək. /AnsPress/
This item is part of
XS
SM
MD
LG