Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Kosovoda millətçilərin yürüşündə 26 adam saxlanıb


Kosovo polisi bildirib ki, millətçilərin icazəsiz nümayişində 26 adam saxlanıb.
Öz müqəddəratını təyin etmə hərəkatı adlanan təşkilatın 100-ə yaxın tərəfdarı hökumət binası üzərinə yürüş edib.
Onlar polisə pomidor, rəngli boyalar atıblar. Polis isə gözyaşardıcı qazdan istifadə edib.
Polis rəisi Baki Kilani:
“Onlar hökumət binasına hücum çəkdilər. Polisə ağır ağır əşyalar, rəngli boyalar atmağa başladılar. Polis müdaxilə etməyə, o cümlədən, kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur oldu. 26 adam saxlanıb”.

Müxalifətçilər Kosovonun baş naziri Hashim Thacinin keçən cümə günü Brüsseldə Serbiyanın baş naziri İvica Daciclə görüşünə etiraz edirdi.
2008-ci ildə Kosovo öz müstəqiliyini elan edəndən sonra bu, Kosovo və Serbiya liderlərinin ilk görüşü idi.
XS
SM
MD
LG