Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 03:22

İranda dollar yenə bahalaşdı


Arxiv foto
Arxiv foto
-

İranda ABŞ dollarının bahalaşması davam edir. İran Astarasının qara bazarında 1 ABŞ doları 45-50 min reala qalxıb. Dollarla yanaşı Azərbaycan manatı da yüksəlməkdə davam edir.

Adətən dollar yüksələndən sonra İran hökuməti müəyyən tədbirlər vasitəsilə onun az da olsa dəyərini aşağı salırdı. Bu dəfə isə ABŞ dolları davamlı şəkildə yüksəlir və ucuzlaşma müşahidə olunmur.

Sərhədyanı ticarətlə məşğul olan iş adamı Faiq Cəfərzadə AzadlıqRadiosuna bildirib ki, artıq İran realı «gücdən düşür». Az miqdarda ABŞ dolları və Azərbaycan manatı ilə İranda xeyli bazarlıq etmək olur. İranın sərhədyanı bazarlarında bununla bağlı narazılıqların olduğu hiss olunur.

«İranlılar realın gücünə inanmırlar. Hökumət hər dəfə söz verir ki, böhranı dayandıracaqlar. Lakin vəziyyət pisliyə doğru getməkdə davam edir».

İran hökuməti böhranı sərt qaydalarla tənzimləmək istəyir. İranlılara böyük məbləğdə əmanətlərini banklardan çıxartmağa icazə verilmir.

İlin əvvəlində İranın Ali Məhkəməsinin sədri Sadeq Amoli Larijani valyutanın məzənnəsinin kəskin artmasına sərt reaksiya vermişdi. O, valyutanı bahalaşdıranlara qarşı cəza tətbiq ediləcəyini demişdi. Görülən tədbirlərə baxmayaraq, realın məzənnəsi davamlı şəkildə aşağı düşür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG