Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 08:12

Şəkərli diabet xəstələri üçün pulsuz təlimlərə başlanılır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin «Diabet məktəblərinin təşkili» layihəsi çərçivəsində oktyabrın 22-dən 30-dək şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçiriləcək.

İSİM-dən AzərTAc-a bildiriblər ki, oktyabrın 29-dan noyabrın 2-dək keçiriləcək pulsuz təlimlər isə risk qrupuna aid əhali üçün nəzərdə tutulub.

İSİM-də fəaliyyət göstərən diabet məktəbində təşkil olunacaq təlimlərdə iştirakçılar həkim-endokrinoloqlar tərəfindən maarifləndiriləcəklər.
This item is part of
XS
SM
MD
LG