Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Azərbaycan zəvvarlarından biri vəfat edib


Müqəddəs Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri oktyabrın 20-də dünyasını dəyişib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1947-ci il təvəllüdlü Hidayətova Raziyənin əhvalı sübh namazından sonra pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin həkimlərin davamlı səylərinə baxmayaraq, azərbaycanlı zəvvar bir qədər sonra ürək çatışmazlığından keçinib.

İxtisasca həkim olan Hidayətova Bakıdakı poliklinikalardan birində baş hakimin müavini vəzifəsində çalışırdı.

Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq.
XS
SM
MD
LG