Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Beyrutda güclü partlayış baş verib


Oktyabrın 19-da Livanın paytaxtı Beyrutda əhalinin sıx olduğu rayonda güclü partlayış törədilib. Yerli xəbər agentlikləri hadisənin əsasən xristianların yaşadıqları ərazidə baş verdiyini bildirirlər.

Tələfat haqqında hələlik rəsmi açıqlama olmasa da həkimlər azı 8 nəfərin həlak olduğunu, 20 nəfərin də yaralandığını bildirirlər.

Qonşu Suriyada münaqişəyə görə Livanda da siyasi gərginlik hökm sürür. Suriyada prezident Bashar al-Assadın əsasən şiələrdən ibarət hakimiyyətinə qarşı çoxu sünni müsəlmanlar olan müxalifət qarşı-qarşıya gəlib. Bu vəziyyət Suriyaya qonşu olan ölkələrdə də təriqət əsaslı gərginlik yaradır.
XS
SM
MD
LG