Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

Rusiya qitələrarası raketi sınaqdan keçirdiyini bildirir



Rusiyanın Müdafiə Nazirliyi oktyabrın 19-da məlumat yayıb ki, bu yaxınlarda qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Rəsmi xəbərdə deyilir ki, ölkənin şimal-qərbindəki Plesetsk sınaq poliqonundan qalxan raket Rusiyanın şimal-şərqindəki Kamçatka yarımadasındakı şərti hədəfi dəqiqliklə vurub.

Nazirlik RS-12MTopol markalı qitələrarası ballistik raketin əsasən texniki xarakteristikasını sınaqdan keçirdiyini bildirir. Bu raketlərin yararlılıq müddəti əvvəlki 10 ildən 24 ilə qaldırlıb.

Qərbdə SS-25 adı ilə tanınan Topol raketləri 1970-ci illərdən Sovet ordusunun arsenalına daxil edilib. Onlar hələ də Rusiya silahlı qüvvələrinin əsas strateji raketləri hesab edilir.
XS
SM
MD
LG