Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 22:25

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

17:10 20.10.2012
Ə. ƏHMƏDOV: «TAMAMİLƏ MƏNASIZ AKSİYADIR»

Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov oktyabrın 20-də «Media forum» saytına açıqlama verib. O, deyib ki, 20 oktyabr aksiyası baş tutmayıb:

«Tamamilə mənasız aksiyadır. Bu aksiyada parlamentin buraxılması tələbi qoyulub. Əvvəla, Azərbaycanda parlamentin buraxılması mexanizmi yoxdur. Konstitusiyada belə mexanizm nəzərdə tutulmayıb. Belə olan halda parlamentin buraxılması tələbi ilə aksiya keçirmək ya hüquqi savadsızlığın göstəricisidir, ya da qanunlara hörmət qoyulmadığını sübuta yetirir.
Məsələnin siyasi tərəfinə gəlincə, heç bir zərurət, tutarlı əsas olmadan parlamentin buraxılması tələbini səsləndirmək yersiz və məntiqsiz görünür. Ona görə də Azərbaycan ictimaiyyəti bu aksiyaya dəstək vermədi.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu aksiya üçün seçilmiş yer bütün parametrlər üzrə yanlışdır. Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı məkanlar sırasında Fəvvarələr Meydanının adı yoxdur».

Əli Əhmədov 20 oktyabr aksiyasını gənclərin təşkil etdiyi barədə qeydi belə cavablandırıb: «Bu adamları qızışdırıb ortaya salanlar var və bütün siyasi, hüquqi məsuliyyəti də həmin qüvvələr daşıyır».
16:01 20.10.2012
Polis gənc müxalifətçilərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Davamı

XS
SM
MD
LG