Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:30

Putin də orta məktəblərdə baş örtüsünə qarşı çıxdı


Putin də orta məktəblərdə baş örtüsünə qarşı çıxdı

Rusiya prezidenti Vladimir Putin ölkədə müsəlman qızların orta məktəbə baş örtüsü ilə gəlməsinə qarşı çıxış edib.

Bu yaxınlarda ölkənin cənubunda Stavrapol regionunda orta məktəb direktorları müsəlman qız uşaqlarının məktəbə baş örtüsündə gələmələrinə qadağa qoymuşdu. Direktor bildirir ki, bu qərarından sonra bəzi uşaqların valideynlərindən hədələr alıb.

Oktyabrın 18-də bu mövzuda suala cavabında prezident Putin bildirib ki, Rusiya dünyəvi dövlətdir və şagirdlərin məktəbə baş örtüsündə göndərilməsinə qarşıdır.

Rusiyanın 143 milyon əhalisinin təxminən 20 milyonunun müsəlman olduğu ehtimal edilir.
XS
SM
MD
LG