Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:07

Şərqi Asiyada vəziyyət gərginləşir


Iki Koreyanın bir-birinə qarşılıqlı hərbi hədələri, Yaponiya ilə ərazi mübahisəsində olan Çinin hərbi təlimləri ilə Şərqi Asiyada son günlər gərginlik artır. Oktyabrın 19-da Cənubi Koreya xəbərdarlıq edib ki, Şimali Koreyadan hücum olsa, buna sərt cavab verəcək.

Pxenyan da bundan əvvəl xəbərdarlıq edib ki, əgər Cənubdan təbliğat xarakterli materialların yayılması davam etsə, Cənubi Koreya ərazisinə atəş açacaq.

Eyni zamanda da adalar üstündə Yaponiya ilə mübahisədə olan Çin də hərbi dəniz qüvvələrinin təliminə başlayıb.
XS
SM
MD
LG