Keçid linkləri

2024, 17 İyul, çərşənbə, Bakı vaxtı 23:38

Budapeştdə «Ağdam: Qafqazın Xirosiması» foto-albomu nəşr edilib


Ağdam
Ağdam
-
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə «Ağdam: Qafqazın Xirosiması» foto-albomu nəşr edilib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyindən veriblər.

Kitabda darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb.

Xəbərdə vurğulanır ki, bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır.

Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev foto-alboma «Ağdam: Qara taleli ağ şəhər» adlı müqəddimə yazıb.

Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG