Türk dünyasının böyük oğlu, yazıçı Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş 3-cü Beynəlxalq Şeir Müsabiqəsi başlanıb.
İstanbul Şeir Akademiyasının keçirdiyi müsabiqəyə bütün türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan olan şairlər qatıla bilərlər. Mövzu məhdudiyyəti yoxdur.
Əsər qəbulu artıq başlayıb və oktyabrın 31-dək davam edəcək.
Müsabiqənin məqsədi: Türk dünyasına gənc və istedadlı şairlər qazandırmaq, onların cəmiyyətdə və şeir dünyasında layiq olduqları pilləyə qalxmasına yardımçı olmaq.
Müsabiqənin baş mükafatı 1400 dollardır.
2-ci mükafat – 850 dollar
3-cü mükafat – 550 dollar
Müsabiqəyə göndərilən əsərlər türkcə olmalıdır.
Sonda bütün müsabiqə iştirakçılarının əsərlərindən ibarət olan antologiya çap ediləcək.
Ötən il müsabiqəyə 200 şair qatılmışdı.
Müsabiqədə iştirak üçün əsərləri bu ünvana göndərmək lazımdır:
editor@istanbulsiirakademisi.com
istanbulsiirakademisi@hotmail.com
Müsabiqənin şərtləri haqda daha ətraflı:
http://www.istanbulsiirakademisi.com/?pnum=24&pt=KATILIM%20KO%C5%9EULLARI