Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

İdlib və Hələb hava hücumuna məruz qalıb


Suriyalı müxalifətçilər ölkənin şimalında üsyançıların güclü olduğu bölgələrə hava hücumlarının həyata keçirildiyini bildirib.

İdlib və Hələbdə iki gündür hava hücumları davam edir. Xüsusilə Maaret el-Numan şəhərindəki bombardman nəticəsində azı 20 adam ölüb. Müxalifətçilər uçmuş binaların altında qalanları xilas etmək üçün axtarışlar aparır.

BMT-nin rəqəmlərinə görə, Suriyada münaqişə başlayandan 18 min adam ölüb. 170 min adam qaçqın düşüb. Müxalifət və hüquq müdafiəçiləri isə 30 min adamın öldüyünü bildirib.
XS
SM
MD
LG