Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Lebedevə dəstək aksiyası keçiriləcək


Bu gün Rusiyada müxalifət fəalları Daxili İşlər Nazirliyinin baş idarəsi qarşısında piket keçirəcək. Burda müxalif fəal Konstantin Lebedev saxlanılır.

Konstantin Lebedev və “Sol cəbhə” hərəkatının koordinatoru Sergey Udaltsov Rusiyada kütləvi qarşıdurmalara cəhddə ittiham olunur. İttiham iki gün əvvəl irəli sürülüb. Dindirmədən sonra Udaltsov buraxılıb, Lebedev isə saxlanılıb.

İstintaq Udaltsovun Moskvadan kənara çıxmasına qadağa qoyub.
Bir neçə gün əvvəl Rusiya telekanallarından birində Sergey Udaltsovun gürcü siyasətçiləri ilə keçirdiyi görüşlərə aid gizli kamera görüntüləri yayımlanıb. İttihamın əsasını da elə bu video material təşkil edir.

Rusiya müxalifətçiləri ittihamları repressiya adlandırır.
XS
SM
MD
LG