Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:43

Bakıda Saat qülləsində intihara cəhd olub


Bulvarda intihara cəhdin qarşısı alınıb. Fövqalədə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, Bakıda Dənizkənarı Milli parkda Dəmir konstruksiyalı Saat qülləsində bir nəfər intihara cəhd edib.

Hadisə yerinə gələn xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 30-40 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.

Xilasedicilər həmin şəxslə danışıqlar zamanı əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını ala biliblər. Xilasetmə əməliyyatı saat 19:58-də başa çatıb.
XS
SM
MD
LG