Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Bakıda aeroporta yeni yol çəkilir


Layihənin icraçısı olan «Akkord» şirkətindən APA-ya verilən məlumata görə, yol başlanğıcını Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən götürəcək, Böyükşor yol qovşağınadək uzanacaq. Yeni yolun uzunluğu 7,3 km, hərəkət zolaqlarının sayı 6-dır (3+3). Yol boyunca ümumi uzunluğu 3 000 metr olan 4 körpü, eləcə də ümumi uzunluğu 1 200 metr olan 5 tunelin inşası nəzərdə tutulub.

Şirkətdən verilən məlumata görə, yeni yol Həsən Əliyev küçəsindən başlayaraq Keşlə qəsəbəsi və «Ulduz» metro stansiyasının yaxınlığından keçməklə «Koroğlu» metro stansiyasının yanındakı yol qovşağına birləşəcək və aeroporta istiqamətlənəcək.

Gələcəkdə yeni yolun Ziya Büyadov prospekti altından 6 zolaqlı alt keçid tipli yolötürücüsü ilə davam edərək, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində Heydər Əliyev prospektinə üst keçid tipli yolötürücü vasitəsi ilə birləşdirilməsi planlaşdırılır. Bu qovşağın ümumi uzunluğu 2 205 metr təşkil edir. Gələcəkdə tikintisi nəzərdə tutulan bu qovşaqda inşası planlaşdırılan yeni Olimpiya Kompleksinə giriş-çıxış yollarının təmin olunması da nəzərdə tutulub.
XS
SM
MD
LG