Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Ərəb inqilablarının baş verdiyi ölkələrdə yüz minlərlə satılan kitab


-

Çağdaş dünyanın nüfuzlu mütəfəkkirlərindən sayılan Stefan Essel bu kitabı 93 yaşında nəşriyyatın israrlı xahişi ilə yazıb.

Müəllif “Hiddətlənin!” deyə çağırış edərkən üzünü demokratiya, azadlıq, haqq-ədalət tələb edən insanlara, millətlərə tutur, onları fəal olmağa, haqları pozulduğu an, utanıb-çəkinmədən, qorxub-ürkmədən hiddətlənməyə, mübarizəyə atılmağa səsləyir.

Böyük demokrat əmindir ki, hiddətin pik nöqtəsi olan terror, zorakılıq effektsizdir, etiraz edən insan öz hiddətini dinc, amma israrlı şəkildə etsə, ardıcıl olsa, daha böyük nailiyyətlər əldə edə bilər. Onun təklif etdiyi yol Mahatma Qandi yoludur.

Esselin fikrincə, ədalətsizliyə, haqsızlığa heç vaxt göz yummaq olmaz və dövlət pis idarə olunursa, xalq dibi görünməz girdaba doğru aparılırsa, buna hiddətlənmək, ayağa qalxmaq, etiraz bildirmək lazımdır.

Maraqlıdır, “ərəb baharı” adlı inqilabların baş qaldırdığı ölkələrdə Stefan Esselin “Hiddətlənin!” kitabı yüz minlərlə nüsxədən artıq satılıb, əl-əl gəzib. İspaniyadan Çinə, Kanadadan Yaponiyaya, Braziliyaya, Avstraliyaya qədər yayılmış bu kitab haqq-ədalət uğrunda müasir mübarizənin simvoluna çevrilib.

Fransızcadan tərcümə edən: Yalçın Məmmədov
XS
SM
MD
LG