Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:36

Kazanda məscidin imamı ekstremizmdə ittiham edilir



Rusiyanın nəzarətində olan Tatarıstan Respublikasının polis rəsmiləri Kazanda bir məscidin imamının ekstremist fəaliyyətdə ittiham edildiyini bildirib. Yerli rəsmilərin iddialarına görə imam Rüstəm Safin Rusiyada terrorçu qrup kimi tanınmış Hizb-ut-Tahrir ideyalarını təbliğ etdiyi aşkar edilib.

Kazan polisi oktyabrın 17-də Safinin rəhbərlik etdiyi məsciddə axtarış aparıb, oradan ekstremist məzmunlu audio, video və çap məhsulları götürdüyünü bildirir. Həmin materiallar isə ekspertizaya göndərilib.

Polis məscidin imamını Kazanı tərk etməmək şərtilə azad edib.

2009-cu ildə də Rüstəm Safin Hizb-ut Tahrir qrupu ilə əlaqələrdə ittiham olunaraq 2 il şərti cəza alıb.

Oktyabrın 18-də Kazan məhkəməsi bu şəhərdə fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzini də lisenziyası olmadığını əsas gətirərək bağlayıb.
XS
SM
MD
LG