Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:05

“Newsweek” jurnalı çap versiyasını dayandırır



ABŞ-ın “Newsweek” jurnalı gələn ilin əvvəlindən çap versiyasını tamamilə dayandırıb tam internet versiyasına keçir. Jurnalın sonuncu sayı bu il dekabrın 31-də kağız versiyasında çap olunacaq. Bununla da 80 illik tarixində “Newsweek”in kağız versiyasına son qoyulacaq.

Bu barədə jurnalın baş redaktoru Tina Brown oktyabrın 18-də məlumat verib. O bildirib ki, jurnalın çapının dayanmasına görə heyətdə ixtisarlar da gözlənir. Amma baş redaktor neçə nəfərin ixtisar olunacağı haqqında məlumat verməyib.

İki il əvvəl “Newsweek” jurnalı “The Daily Beast” internet saytı ilə birləşib. Gələn ildən isə bu birgə media təşkilatı “Global Newsweek” adlı vahid internet sayta çevriləcək və oxucuları ona abunə haqqı ödəyəndən sonra internetdə oxuya biləcəklər.
XS
SM
MD
LG