Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Tanınmış Türkiyə pianisti küfr ittihamı ilə məhkəməyə çıxarılıb


Türkiyədə tanınmış pianist və bəstəkar Fazil Say oktyabrın 18-də küfr ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İttihama görə o, namaza çağıran müəzzinin bir dəfə azanı yalnız 22 saniyə oxumasına görə özünün Twitter hesabında belə yazıb: "Hara gedirsən, qadın yanına yoxsa, stolun üstündə rakı qalıb, ora tələsirsən?"

Müstəntiqlər bu ilin uyununda onun həmin sözlərini dini dəyərlərin təhqiri, nifrət və düşmənçilik salmaq olduğunu deyərək cinayət işi açıblar. Bu ittiham sübut olunsa, pianist 18 ay həbsə atıla bilər.

Bu gün məhkəmə binasının qarşısına Fazil Sayın pərəstişkarları və sənətçi dostları da onu dəstək üçün toplaşıblar. Onlardan biri olan aktyor Rutkay Aziz ittihamları ifadə azadlığının pozulması kimi qiymətləndirib:

- Fazilin ittiham olunması kimi bir düşüncənin özün suçdur. Onu pianosu, bəstələri ilə dünyaya buraxacaqsan, konsertlərini verəcək, biz də kənardan bunu alqışlayacağıq. Dövlətin üzərinə düşən iş budur.

Fazil Say özü ittihamları rədd edir. Məhkəmə gələn il fevralın 18-ə qədər təxirə salınıb.

Fazil Say Berlin və Nyu-York orkestrlərində çıxış edir. O həmçinin Avropa Birliyinin mədəniyyət səfiri kimi də çalışıb.
XS
SM
MD
LG