Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:36

Bakıda neft emalı zavodunun yerində böyük park salınacaq


Bakıda Nobel prospektində «Azneftyağ» NEZ-in yerində böyük park salınacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

Onun sözlərinə görə, artıq bu zavodun şəhərin kənarına köçürülməsi barədə qərar qəbul edilib.

«Biz bütün sahibkarlara bu ərazidə hansısa tikinti layihəsi ilə müraciət etməmələrini bildirmişik. Orada park salınacaq», - Ələsgərov deyib.

Komitə sədrinin sözlərinə görə, neft-mədən ərazilərinin təmizlənməsi üzrə ən iri layihələrdən biri Böyükşor gölünün ətrafındakı ərazinin təmizlənməsi olacaq.

«Bu ərazidə parkları, qolf klubu və başqa obyektləri olan müasir kompleks salınacaq», - Ələsgərov bildirib.

Onun sözlərinə görə, «Qara şəhər» adlanan ərzidə neft mədənlərinin ərazilərinin təmizlənməsini nəzərdə tutan «Ağ şəhər» layihəsi çərçivəsində 70 min nəfərlik yaşayış binası tikiləcək.
Həmin işlər «Böyük Bakının inkişafı planı» çərçivəsində nəzərdə tutulub.
XS
SM
MD
LG