Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:57

Uşaq Qaynar Xətt Xidməti: «Əsas odur, uşaqlar zəng vursunlar»


Uşaq Qaynar Xətt Xidməti
Uşaq Qaynar Xətt Xidməti
-
2010-cu ilin fevralından fəaliyyətə başlayan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti artıq iki ildir ölkənin müxtəlif yerlərindən uşaqların zənglərinə cavab verir.

«Flashmob»un qonağı olan Qaynar Xətt Xidmətinin direktoru Gülnar Ağayeva və məsləhətçi hüquqşünası Aytən Namazova verilişdə uşaqlara edilən köməkliklərdən danışıblar.

İndiyə qədər Qaynar Xəttə 4500-dən çox zəng olduğunu deyən Gülnar Ağayeva deyir ki, xidmət uşaqlara pulsuz hüquqi və psixoloji yardım göstərir. Hər hansı bir uşaq müraciət etdikdə, onun problemləri araşdırılır və lazımi orqanlara ünvanlandırılır:

«Ən çox uşaqların ailədaxili problemləri və ünsiyyət çatışmazlığı, aqressiv davranışlarla bağlı zənglər olur. Eləcə də, valideynlərin uşaqları hələ də çox uşaq görməsi, uşaqların isə böyüdüklərini düşünməsi problemlərə səbəb olur ailədə, anlaşılmazlıq olur, uşaqların qorxuları olur. Bunlarla bağlı da zəng edirlər. Bəzən də hüquqi problemlər olur. Bu, əsasən şəxsiyyət vəsiqəsi ya da aliment problemi ilə bağlı olur».

Məsləhətçi hüquqşünas Aytən Namazova isə deyir ki, hüquqi problemlərlə bağlı ən çox uşaqların valideynləri zəng edir. Bunlar da aliment, valideynlik hüququ barədə olur:

Hər gün edilən zənglərin sayının 10-15 arasında dəyişdiyini deyən Gülnar Ağayeva söyləyir ki, əsas odur, uşaqlar zəng vursunlar:

«Bizim nömrəmiz (012) 480-22-80, (050) 680-22-80, (051) 880-11-80-dir. Onlar bilsinlər ki, bir zənglə onların problemləri eşidilə bilər, həllində kömək edə bilərik. Biz əsas səslənirik ki, təki zəng etsinlər, əsas odur, uşaqlar zəng vursunlar, sonra onun probleminin həllinə hər cür kömək edəcəyik».

Qaynar Xətt Xidmətinin nümayəndələri bildirir ki, anonimlik yüksək səviyyədə qorunur, uşaqların adını demək məcbur deyil, onsuz da çoxu heç çəkinmir, adlarını deyirlər. Bilirlər ki söhbət orda qalır. Məxfilik qorunur.

Verilişi tam olaraq burdan dinləyə bilərsən:


XS
SM
MD
LG