Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Qazaxda bir qrup vəzifəli şəxsə qarşı cinayət işi açılıb


Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin bir qrup vəzifəli şəxsləri barədə cinayət işi qaldırılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyi şöbədə 2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyətini yoxlayıb. Məlum olub ki, müəyyən olunan normadan artıq ştat vahidi saxlanırmış. İşçilərin əmək haqlarının aylıq ödəniş dərəcələri düzgün müəyyənləşdirilməyib. İnventarlaşmalar zamanı çatışmazlıqlar ortaya çıxıb.

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində şöbənin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG