Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:12

Həkimlər Malalanın yaxşılaşacağını bildirir


14 yaşlı Malala Yusufzainin müalicəsi İngiltərədə davam edir.

Dünən Peşəvər şəhərindən İngiltərəyə göndərilən Malala Birminghamdakı Kraliça Elizabeth xəstəxanasında müalicə olunur.

Bu xəstəxanada son 10 ildə Əfqanıstanda yaralanan hərbçilər müalicə olunur.

Həkimlər Malalanın sürətlə yaxşılaşacağını bildirir.

Malala Pakistanda qızların təhsili üçün kampaniya aparırdı. Oktyabrın 9-da o Mingora şəhərindən evə qayıdanda başından vurulub. Qızın vurulmasına görə məsuliyyəti Taliban üstünə götürüb. Pakistanda olanda əməliyyat yolu ilə güllə qızın başından çıxarılıb.
XS
SM
MD
LG