Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:06

BMT Suriyada islamçı yaraqlıların sayının artmasından narahatdır


BMT-nin insan haqları üzrə xüsusi komissiyası Suriyada xarici yaraqlıların sayının artması ilə bağlı xəbərdarlıq edib.

Komissiyanın rəhbəri Paulo Pinheiro bildirib ki, bu, münaqişənin daha da qızışmasına səbəb olacaq. O Suriyada yüzlərlə radikal islamçının olmasının böyük təhlükə yaratdığını bildirib.

Dünən Suriyanın müxtəlif şəhərlərində üsyançılarla hökumət qoşunları arasında döyüşlər olub. Fəalların internetdə yerləşdirdikləri video materiallardan hərbi təyyarələrin Hələb və İdlib şəhərlərində üsyançıların olduğu ərazilərə hücum etdiyi görünür.

Londonda yerləşən Suriya hüquq müdafiə təşkilatının məlumatına görə, hökumət qoşunları üsyançıların ələ keçirdiyi Marat al-Numan şəhərini də intensiv atəşə tutur.
XS
SM
MD
LG