Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Yevlax Cümə məscidinin imamı həbs olundu


-
Yevlax rayon Məhkəməsinin qərarı ilə şəhər Cümə məscidinin imamı Ramin Quliyev 5, onun qardaşı Xəqani Quliyev 2, şəhər sakini Tehran Həsənov isə 3 sutka inzibati həbslə cəzalandırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin tələblərinə uyğun protokol hazırlanıb və məhkəməyə göndərilib.

Onun dediyinə görə, oktyabrın 13-də şəhər sakini Qaçay Məmmədov Yevlax rayon polis şöbəsinə iki nəfər tanımadığı şəxsin ailə üzvlərini təhqir etməsi barədə ərizə verib. Həmin ərizə əsasında polis şöbəsində təhqiqat başlayıb. Bu təhqiqat işi əsasında polis əməkdaşları Ramin Quliyevi şöbəyə dəvət edib:

«Ancaq Ramin Quliyev, qardaşı Xəqani Quliyev, şəhər sakini Tehran Həsənov polisin qanuni tələbinə məhəl qoymayıb, polisə müqavimət göstəriblər. Buna görə də, onlar polis şöbəsinə gətirilib və barələrində protokol hazırlanıb».

Orxan Mansurzadə deyib ki, həmin şəxslərin dindar olduqlarına görə saxlanmaları ilə bağlı xəbərlər əsassızdır.
XS
SM
MD
LG