Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 15:20

Azərbaycanın «Junior Eurovision»dakı mahnısı müəyyənləşdi

-
«Junior Eurovision 2012»də Azərbaycanı təmsil edəcək Ömər Sultanov ilə Suada Ələkbərovanın oxuyacağı mahnı müəyyənləşib.

Ömər və Suadanın ifa edəcəyi mahnı «Boys and Girls» adlanır.

Müsabiqə dekabrın 1-də Amsterdamda keçiriləcək.

Müsabiqədə 12 ölkə - Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Belçika, Gürcüstan, İsrail, Moldova, Niderland, Rusiya, İsveç və Ukrayna iştirak edəcək.

Azərbaycan «Junior Eurovision»a ilk dəfə qatılacaq.
This item is part of
XS
SM
MD
LG