Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 21:21
-
«OD MEDIA- PRODUCTION»un istehsalı olan qısametrajlı «Neftin adamı» sənədli filmi festival həyatına qədəm qoyub.

AzadlıqRadiosuna bu xəbəri filmin rejissoru Seyran Mahmudoğlu verib.

Film oktyabrın 1-dən 3-dək Sloveniyanın Lyublyana şəhərində keçirilən DOKUBAZAAR beynəlxalq sənədli film festivalında iştirak edib.

Festival çərçivəsində ümumilikdə Fransa, İran, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Polşa, Almaniya və s. ölkələrdən 43 sənədli film nümayiş olunub.

Festival yalnız nümayiş xarakteri daşıyır.

Xəbərdə vurğulanır ki, «Neftin adamı» sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir.

Filmin qəhrəmanı neftlə rəsm çəkərək pul qazanan, müalicə olunmaq üçün də mütəmadi olaraq neft vannası qəbul edən biridir.

Onun əllərindən neft damır. Neft onun həyatına hər tərəfdən axır. O, «Neftin adamı» rəssam Sabir Çopuroğludur.

Filmin rejissoru Seyran Mahmudoğlunun verdiyi məlumata görə, «Neftin adamı» qısametrajlı sənədli filmi 2012-ci ilin noyabr ayında Finlandiyada keçiriləcək «Wildlife Vassa International Nature Film Festival»ına da dəvət alıb.

Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operator Əli Sultanov, səs Elşən Aslanovdur.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG